Merts Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb

Bu gün, 11:18           
Merts Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb
Almaniya kansleri Fridrix Merts ABŞ-ni Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
Bu barədə "RİA Novosti" məlumat yayııb.

Məlumata görə, Haaqada NATO sammitindən sonra keçirilən brifinqdə çıxış edən Mers bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya qarşı iqtisadi təzyiq daha da gücləndirilməlidir.

“Avropa İttifaqı bu istiqamətdə fəaliyyət göstərir və sabah nəhayət 18-ci sanksiya paketinə start veriləcək. Amma bu kifayət deyil, ABŞ-nin daha aktiv iştirakına ehtiyacımız var”, – deyə Almaniya kansleri qeyd edib.

Onun sözlərinə görə, yaxın günlərdə ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Merts həmçinin deyib ki, NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla şəxsi görüşü zamanı bu sanksiyaların təsdiqlənməsi üçün ondan dəstək istəyib.

Bundan əvvəl ABŞ-nin dövlət katibi Marko Rubio bildirmişdi ki, Konqres Trampın vergi islahatları ilə bağlı qanun layihəsi qəbul edildikdən sonra Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsinə baxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.