Meksikada atışma nəticəsində azı 10 nəfər həlak olub

26-06-2025, 07:04           
Meksikada atışma nəticəsində azı 10 nəfər həlak olub
Meksikanın İrapuato şəhərində (Quanaxuato ştatı) yaşayış binasında baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Reuters” agentliyi bələdiyyənin İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

"İlkin məlumata görə, odlu silahdan atəş açılması nəticəsində 10 nəfər həlak olub. Bir neçə nəfər yaralanıb", - agentlik qeyd edib.

Yerli hakimiyyət orqanları baş verən hadisəni pisləyib. Həlak olanların ailələri və zərərçəkənlərlə həmrəy olduqlarını ifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru