Qısa tezislər.

Bu gün, 08:44           
Qısa tezislər.
Vəziyyət belədi: ta qədimdim iqtidarlar ya Allahdan (Tanrının müxtəlif dövrlərdə müxtəlif adı olsa da), ya xalqın münasibətindən çəkinib qərarlar veriblər, sonra insan övladı qanun, seçki, Ana Yasa fikirləşdi - forma dəyişsə də, mahiyyət dəyişmədi.
Günümüzdə də belədir - məsələn, Birləşmiş Ərəb Əmirliyində, Qətərdə, Küveytdə hakimiyyəti Allahdan aldıqlarına inanırlar, Allahdan çəkinib öz xalqına daha çox şərait yaradırlar. Həm də legitimlik mənbəyini İlahi təqdirdən aldıqlarını iddia edirlər.
Məsələn, Sinqapurda demokratiya olmasa da, qanun qarşısında hər kəs bərabərdir, hakimiyyət qanundan qorxur, öz əhalisinə şərait yaradır.
Məsələn, Avropada hakimiyyətlər seçkidən çəkinir, çünki Allahı unudublar, qanunlar isə çox tez-tez dəyişir, amma seçki institutu çalışır deyə, hökumətlər mütləq seçici qruplarını düşünməyə, onlara xoş gəlməyə çalışırlar, onlara mesaj verirlər.
Yəni, istənilən ölkədə çəkindirici güc (ya İlahi, ya dünyavi) mütləqdir, vacibdir ki, hökumət, hakimiyyət "qırmızı cizgiləri" hiss edib çəkinsin.
Bu mənada Azərbaycan "həftəbecərdir", hərəsindən bir az var, amma nəticə yoxdur. Allah qorxusu çəkindirici deyil, qanun qorxusu var, amma selektiv işləyir, kimə istəsələr ona tədbiq edirlər, seçki institutunun adı var, özü yox dərəcəsindədir - məncə, bu haqda düşünməliyik, cəmiyyət olaraq hakimiyyət (institut anlamında) üçün dünyavi işlək "qırmızı xəttlər" yaratmalıyıq...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.