Bu gün Prezidentin fərmanı ilə "RƏQƏMSAL EKOLOGİYA" İnformasiya Sistemi haqqında Əsasnamə təsdiq edilib
Bu gün, 12:14
Xatırladıram ki, ETSN özünün rəqəmsal transformasiya konsepsiyasını təsdiq edən və təqdimatını keçirən az saylı mərkəzi icra qurumlarındandır. Ümumiyyətlə, bu qurum rəqəmsallaşma istiqamətində aktivliyi ilə seçilir, COP29-da da bu müşahidə olunurdu . Qəbul edilən "Rəqəmsal Ekologiya” İnformasiya Sistemi də nazirliyin fəaliyyətinin, habelə digər qurumlarla və vətəndaşlarla əlaqələrinin daha operativ, səmərəli və şəffaf qurmağa yardımçı olacaq. Bu Əsasnamə bildiyim qədər həm də dövlət qurumları üçün müəyyən olunan Nümunəvi əsasnamələr içərisində ilkdir. Bu qurum digərlərindən fərqli olaraq fəaliyyət istiqaməti üzrə bütün sahələri bir "Rəqəmsal Ekologiya" informasiya sistemində əhatə edə bilib. Adətən digər dövlət qurumları bunları ayrılıqda edirlər. İnanıram ki belə yanaşma daha səmərəli və effektiv olacaq. Görünən odur ki, ETSN COP29-dan sonra rəqəmsal transformasiyaya daha çox diqqət yetirəcək və bu sahənin rəqəmsallaşmasına daha çox investisiyalar yatıracaq. Osman Gunduz TEREF