"ChatGPT”nin bu funksiyası pulsuz oldu

2-04-2025, 08:14           
"ChatGPT”nin bu funksiyası pulsuz oldu
"OpenAI" süni intellekt əsaslı "ChatGPT" platformasında vizual kontent yaratma funksiyasını artıq bütün pulsuz istifadəçilərin ixtiyarına verib.

Valyuta.az xəbər verir ki, daha əvvəl yalnız ödənişli istifadəçilər üçün əlçatan olan bu xüsusiyyət geniş istifadəçi marağı səbəbi ilə qısa fasilədən sonra ümumi istifadəyə təqdim olunub.

"OpenAI"nin baş direktoru Sem Altman bu barədə "X" platformasında paylaşım edərək funksiyanın aktivləşdirildiyini açıqlayıb. Rəsmi olaraq dəqiq limitlər bildirilməsə də, Altmanın əvvəlki açıqlamalarına əsasən, pulsuz istifadəçilər gündəlik maksimum üç vizual yarada biləcəklər. Göstərilən limiti aşdıqda isə platforma istifadəçiləri ödənişli abunəlik planlarına keçməyə təşviq edəcək.

Qeyd edək ki, yeni funksiyanın istifadəyə verilməsi ilə paralel olaraq "OpenAI" 40 milyard dollar həcmində yeni investisiya raundunu da tamamlayıb. Nəticədə şirkətin ümumi bazar dəyəri 300 milyard dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru