Ən çox kiberdələduzluğa məruz qalan bank –"Kapital Bank" müştərilərilərini niyə qoruya bilmir?

Dünən, 00:14           
Ən çox kiberdələduzluğa məruz qalan bank –"Kapital Bank" müştərilərilərini niyə qoruya bilmir?
Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır. Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.

AzPost xəbər verir ki, Kapital Bank-ın rəsmi saytında yayımlanmış məqalədə də etiraf olunur ki, 5 milyondan çox müştərisi olan bankın adı kiberdələduzluqda daha çox hallanır. Bildirilir ki, müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar.

O da qeyd olunur ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur.

Bankın rəsmi məlumatlarına görə 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb. Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir. Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub.

Mütəxəssislər hesab edir ki, daha çox təqaüdçü və büdcədən maaş alanlarda olan Kapital Bank kartlarının sahibləri bu sahədə az maarifləniblər. Eyni zamanda aparılan araşdırma zamanı bəlli olur ki, adıçəkilən bankın mobil tətbiqi təhlükəsuzlik baxımından çox aşağı səviyyədədir. Çünki, dələduzlar daha çox mobil tətbiq vasitəsilə müçtərilərin vəsaitini mənimsəyirlər.

SMS kodu daxil etmək kifayətdir ki, balansda olan pulu asanlıqla digər hesaba köçürmək mükün olsun.

Yəni, ikinci bir cihazdan daxilolma zamanı müştəriyə bu barədə hər hansı xəbərdarlıq belə olunmur. Yalnız müştəri özü tətbiqdə müvafiq bölməni yoxlayaraq tətbiqin neçə cihazda aktiv olduğunu görə bilər.

Digər banklarla müqaisədə Kapital Bank bu sahadə geridə qalır. Odur ki, dələduzların da asanlıqla seçdiyi bank siyahısında ilk yerdədir.

Pulu oğurlanan vətəndaşların böyük əksəriyyəti məhz Kapital Bankın mütəriləridir. Təbii ki, oğurlanan pul isə geri qayıtmır. Çünki bank bunu müştərinin məsuliyyəti hesab edir.

Təhlükəsizlik məsələlərinin zəif olması isə dələduzların işini asanlaşdırır.

Qeyd edək ki, son illər kibercinayətkarlıq halları kəskin şəkildə artıb. Müşahidələrə əsasən, banklar arasında kiberdələduzluq hallarına isə daha çox “Kapital Bank”da rast gəlinir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.