"Ayıq sürücü" fırıldaqları... kim nəzarət edir? - AKTUAL

Bu gün, 09:57           
"Ayıq sürücü" fırıldaqları... kim nəzarət edir? - AKTUAL
Bu günlərdə Bakıda “ayıq sürücü” fırıldağı baş verib. 7 manatlıq gedişə görə müştərinin kartından 700 manat çıxarılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Referans - a bildirib ki, bu, sırf dələduzluq faktıdır, məsələ dərindən araşdırılmalıdır. Bu doğrudan da film kimi bir hadisədir. Burada, necə deyərlər, sırf dələduzluq faktoru var və bu məsələnin araşdırılması, dərindən təhlil olunması məhz müvafiq dövlət qurumlarının, xüsusilə də xüsusi mühafizə orqanlarının səlahiyyətinə daxildir.

Ekspert vurğulayıb ki, sərxoş vəziyyətdə olmaq qanunla məqbul sayılmasa da, bu hal vətəndaşın hüquqlarının pozulmasına əsas vermir. Əlbəttə, sərxoş vəziyyət düzgün hal deyil və bu.təşviq olunmamalıdır. Amma unutmamalıyıq ki, o da bizim vətəndaşımızdır və onun da hüquqları qorunmalıdır. Qanun qarşısında bütün vətəndaşlarımız bərabər hüquqlara malikdir.

Aslan Əsədov həmçinin oxşar hadisələrin təkrarlanmaması üçün nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri sayır. Ekspert hesab edir ki, bu cür halların qarşısının alınması məqsədilə ayıq sürücü xidmətləri və digər əlaqəli strukturların fəaliyyətlərinə nəzarət artırılmalı, onların apardığı ödəniş və bank əməliyyatları üzərində ciddi monitorinq aparılmalıdır.

"Bu, təkcə hüquqi məsələ deyil, vətəndaş etibarının qorunması baxımından da vacibdir",- deyə ekspert əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.