"Aztelekom"la Bakcell arasında gərəinlik İdda
3-07-2015, 16:19
Ölkənin üç ən böyük mobil operatorundan biri olan “Bakcell” MMC Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə məhkəməyə çəkişməsindədir.
Mobil şirkət komitənin yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətini məhkəməyə verib. Səbəb isə komitənin tabeliyində olan xidmətin apardığı yoxlama və bunun əsasında qəbulolunan sərt qərarlar olub. “Bakcell” qərarı ləğv etdirmək üçün 1 saylı Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu məhkəmə instansiyası problemə son qoya bilməyib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
Mia.az xəbər verib ki, «Bakcell» MMC-yə qarşı daha bir dövlət qurumu sərt addımlar atmaq fikirindən daşınmayıb. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan «Aztelekom” İstehsalat Birliyi “Bakcell”ə qarşı yeni tələblər irəli sürüb.
“Aztelekom» artıq ötürücü stansiyalarından “Bakcell” MMC-nin əvvəlki qaydada istifadə etməsi ilə razılaşmır. Bu səbəbdən də«Aztelekom» «Bakcell»ə müqavilə şərtlərini yeniləməyə nail olmaq istəyir.