Bakıda həkim rüşvət verməyən xəstəni qovdu - VİDEO

4-08-2017, 18:24           
Bakıda həkim rüşvət verməyən xəstəni qovdu - VİDEO
Bakıda Nərmianov rayonu ərazisində yerləşən 5 nömrəli xəstəxanada həkim xəstədən qeyri-qanunu pul tələb edib. Analiz üçün xəstəxanın laboratoriyasına gedən vətəndaş analizin nəticəsini aldıqdan sonra həkim ona ödəniş etməli olduğunu deyib. Xəstə isə ödəniş edəcəyi təqdirdə çek istəyib. Cavabında isə “çek verilmir” ifadəsini alıb. Bundan sonra həkim vətəndaşı otaqdan qovub.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Publika.az-a bildirib ki, müvafiq rayon üzrə qeydiyyatda olmayan şəxslər analiz vermək üçün qeydiyyata düşməlidir:

"Bəzən rayonlardan gəlib Bakıda yaşayan əhali qeydiyyata düşmür. Qeydiyyata düşəndən sonra analizdən keçmək pulsuzdur. İstənilən halda Səhiyyə Nazirliyi məsələni araşdıracaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru