MÖVQE:Yazı daxilində gedən səhvə görə kollektiv şəhid ailəsindən üzr istədi

4-08-2017, 14:16           
MÖVQE:Yazı daxilində gedən səhvə görə kollektiv şəhid ailəsindən üzr istədi
teref.az saytına müraciət edən bir qrup Beyləqandan olan Qarabağ müharibəsi veteranı saytımızda yerləşdirilmiş bir yazı ilə bağlı iradlarını bildiriblər. Əsasəndə yazının özü ilə deyil orda qeyd olunan bir məqamla bağlı olaraq bizə müraciət ediblər. Bu yazı “Dosye.az” saytına istnadən 08.05.2017-ci ildə “Beyləqanlı məmur İlqar Quliyev "neqodnı" çıxdı- ŞOK DOSYE” yazıdır.
Beyləqan veteranları qeyd edirlər ki, yazıda adı çəkilən məmurun işləri onları maraqlandırmır, lakin yazıda adı çəkilən Yolçiyev İlqar həqiqətən erməni faşistlərinin rayonu “Qrad” qurğuları ilə atəşə tutan zaman şəhid olan mülkü vətəndaşlardan biridir. Hörəmətli cəbhədaşlarımın yazdıqlarından sonra özümdə apardığım araşdırmalardan məlum oldu ki, həiqətən İlqar Yolçiyev erməni faşistlərinin Beyləqan rayonunu “Qrad” atəşinə tutduqları zaman şəhid olanlardandır.
Baxmayaraq ki, yazı müəllifi teref.az deyil və istinad etdiyimiz mənbə öz yazısında heç bir dəyişiklik etməyib biz teref.az saytının kollektivi şəhidin ailəsindən üzr istəyirik!
teref.az
Baş redaktor Nurəddin Xoca












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru