Ticarət və xidmət obyektlərinin adını və iş rejimini bildirən lövhələrə dair yeni tələb müəyyənləşib

29-03-2018, 08:52           

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.



APA-nın məlumatına görə, indiyə qədər birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilməyib.



Dəyişikliyə əsasən bundan sonra birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru