Namiq Qaraçuxurlu, Şəbnəm Tovuzlu, Xuraman Şuşalı... - Onlar əslən HARDANDIRLAR? - SİYAHI

14-08-2020, 08:47           
Namiq Qaraçuxurlu, Şəbnəm Tovuzlu, Xuraman Şuşalı... -
Azərbaycanda bir sıra sənət adamlar var ki, onlar nə qədər qəribə görünsə də, təxəllüs kimi götürdükləri bölgədən deyillər. Məsələn, məşhur meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu və sair.

Teref.az bildirir ki, "ölkə.az" sözügedən sənətçilərin bir qrupunu əslən hansı bölgədən olduğunu araşdırıb.

Meyxanaçı Namiq Qaraçuxurlu əslən Göyçay rayonundandır. Sadəcə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində böyüdüyünə görə özünə "Qaraçuxurlu" təxəllüsünü götürüb.

Daha bir meyxanaçı Orxan Lökbatanlı da əslən başqa bölgədəndir. O, bu barədə qonaq olduğu verilişlərdən birində də deyib ki, İmişlidəndir.

Digər bir söz ustadı da təxəllüsündən fərqli olaraq, başqa bölgəni təmsil edir. Əhmədli meyxana məktəbinin yaradıcısı kimi tanınan Mehman Əhmədli Şəki rayonundandır.

Namiq Məna (Coratlı) kimi məşhurluq qazanan meyxanaçı isə əslən Qubadlı rayonundandır.

Meyxanaçı Rəşad Dağlı Xızı rayonunda anadan olub.

Xuraman Şuşalı əslən Xankəndi şəhərindəndir.

Müğənni Şəbnəm Tovuzlu da əslində başqa bölgəmizdəndir. Belə ki, o, Tovuz rayonunda böyüsə də, valideynləri Cəlilabaddandır.

Tanınmış aktyor, əməkdar artist Bəhram Bağırzadəni bir çoxları bakılı kimi tanıyır. Ancaq o, Bakıdan yox, Şamaxındandır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.