Rəqsanənin qızı hansı müğənnidən 2000 dollar borc alıb? - FOTO
13-06-2016, 15:40
Yaxın zamanlarda qızı Aysuna ad günü keçirməyi planlaşdıran Rəqsanə İsmayılova şou-biznesdəki ən yaxın dostu Nadir Qafarzadədən söz açıb.
Qaynarinfo.az xəbər verir ki, Nadirin dostluğa sadiq birisi olduğunu açıqlayan Rəqsanə onunla ailəvi dostluqlarının olduğunu bildirib. İfaçı bu yaxınlarda qızının Nadirdən aldığı puldan danışıb:
“Bu yaxınlarda tədbirlərin birindəydim, qızım zəng elədi ki, mama mənə təcili 2000 dollar lazımdır. Nadir də qızımla eyni tədbirdəydi. Zəng elədim ki, qızım yaxınlaşacaq sənə, ona 2000 dollar ver. Üstündən heç yarım saat keçmədi ki, Nadir pulu qızıma verdi. Sağolsun heç vaxt, heç bir sözümü yerə salmayıb”.