Alim Qasımov vəhabidir? - İDDİA-AÇIQLAMA

14-06-2016, 00:29           

Xalq artisti Alim Qasımov haqqında səsləndirilən vəhabi iddiasına cavab verib.

Sənətkar ölkə.az-a açıqlamasında sosial şəbəkədə yazılanları təbəssümlə qarşılayıb: "Müsəlmanam, Allaha inanıram, vəssalam".

Xatırladaq ki, Qasımovun ustad aşıq Ədalət Nəsibovla deyişməsinin altında xalq artistinin vəhabi olması barədə Elnur Qurbanov adlı şəxs iddia irəli sürülmüşdü:

"2011-ci ildə bir yerdə işləyirdim. Orada bir oğlan vardı, vəhabi idi. Həmişə o oğlanın yanına bir nəfər gəlirdi. Məlum oldu ki, bu adam Alim Qasımovun sürücüsüdür, özü də vəhabidir. Həmin iş yoldaşım mənə dedi ki, bu oğlan da, Alim müəllim də vəhabidir. O gün də Alim Qasımovun azan verməyini gördüm. Azanda Əli sözünü işlətmədi. Bax belə..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru