Bu gün 73 yaşı tamam olan mərhum xalq artisti İlhamə Quliyevanın məzarı yaxınları tərəfindən ziyarət olunub.
teref.az axşam.az-a istinadən bildirir ki, xalq artistinin bacıları onun məzarı üzərinə gül çələngləri qoyaraq xatirəsini yad ediblər.
Müğənni Xatun Əliyeva da İ.Quliyevanın qəbrini ziyarət edib. Məzar üzərindəki çələngin güllərinin qoparıldığını görən müğənni bu barədə sosial şəbəkədə yazıb:
"Bu biabırçılığı görəndə şok oldum. Bu gülləri yonmaqda məqsəd nə idi? Allah pis adamları islah etsin".
Qeyd edək ki, İlhamə Quliyeva II-ci Fəxri xiyabanda dəfn olunub.