Azərbaycanlı rəssamın 7 min dollara satdığı əsər Yaponiyada "partlayış" etdi
18-08-2016, 13:48
Vüqar Muradovun çəkdiyi "Nar" adlı rəsm əsəri Tokioda keçirilən "Tokio İnternational Art Fair" yarmarkasında 50 min dollara satılıb Azərbaycanlı rəssam, rəsmləri ilə ölkəmizi dünyada tanıdan Vüqar Muradovun əsəri Yaponiyada yüksək qiymətə satılıb. Rəssamın Sputnik-ə verdiyi məlumata görə, çəkdiyi "Nar" adlı rəsm əsəri Tokioda keçirilən "Tokio İnternational Art Fair" yarmarkasında 50 min dollara satılıb.
Maraqlısı odur ki, V. Muradov özü həmin əsəri 2012-ci ildə 7 min dollara satıbmış.
Xatırladaq ki, hazırda V. Muradovun digər əsərləri Antalyada keçirilən "Expo 2016" rəsm sərgisində nümayiş olunur.