Aktrisadan hər kəsi heyrətləndirəcək qərar-7 milyon dolları ehtiyacı olanlara verəcək (VİDEO)
21-08-2016, 13:27
Məşhur aktyor Conni Depin aktrisa həyat yoldaşı Ember hər kəsi heyrətləndirəcək bir qərar alıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa həyat yoldaşından boşandığı üçün aldığı təzminatı ehtiyacı olan insanlara verərəcək. Aldığı 7 milyon dolları şiddətə məruz qalan qadınlara və qüsurlu xəstə uşaqlara yardım üçün xərcləyəcək.
Yoldaşı tərəfin şiddətli təzyiqlərə məruz qalan və bu səbəbdən boşanan aktrisa 7 milyon dolların onu üçün heç bir əhəmmiyəti olmadığını qeyd edib: "Bu pulun özlərini müdafiə edə bilməyən mənim qədər şanslı ola bilməyənlərə yararlı olacağını ümüd edirəm"
7 milyon dollar, Amerika vətəndaş hüquqları birliyi və Los Anceles uşaq xəstəxanası arasında bölüşdürüləcək