Məşhur rusiyalı müğənni Alsu və bakılı keçmiş əri, iş adamı Yan Abramov rəsmən boşanıblar. Gununsesi.info-nun yerli mətbuata istinadən xəbərinə görə, boşanma avqustun 27-də paytaxtın məhkəmələrindən biri tərəfindən təsdiqlənib.
Bildirilir ki, sənətçinin keçmiş əri ona təzminat olaraq 2.5 milyard rubl (təqribən 47 milyon manat) təklif etsə də, Alsu bundan imtina edib və öz tələblərini irəli sürüb. Müğənninin tələbləri isə təxminən 10 milyard rubl (təqribən 186 milyon manat) dəyərində qiymətləndirilir. Belə ki, Alsu birlikdə olduqları zaman alınan bütün mənzilləri, evləri, avtomobilləri, park yerlərini, şirkətlərdəki payları və səhmləri istəyib.
Qeyd edək ki, Alsu və Yan Abramovun üç övladı var – 17 yaşlı Safina, 16 yaşlı Mikella və 8 yaşlı Rafael.
Xatırladaq ki, müğənni və iş adamının təxminən iyirmi illik evlilikdən sonra boşanması haqqında məlumatlar may ayında yayılıb. Sənətçi ərinin xəyanətindən şübhələnib.