İranın öldürülən hərbi rəhbərliyinin yerinə gətirilənlər də İsrail tərəfindən sıradan çıxarılır.

18-06-2025, 11:34           
İranın öldürülən hərbi rəhbərliyinin yerinə gətirilənlər də İsrail tərəfindən sıradan çıxarılır.
Dörd gün öncə İran Baş Qərargahın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı postuna təyin edilən Əli Şadmani öldürülüb. Şadmani öldürülən Qulam Əli Rəşidi əvəz edirdi və cəmi 4 gün postunda qala bildi.
İsrail bununla HƏMAS-a qarşı ssenarini İranda tətbiq edir, əvvəlcə qruplaşmanın hərbi rəhbərliyi aradan götürüldü, daha sonra siyasi rəhbərliyi. İranda eyni ssenari üzrə hərbi rəhbərliyin öldürülməsindən sonra onları əvəzləyənlər də aradan götürülür. Şadmani ilə yanaşı, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpuru və yeni Baş Qərargah rəisi Əbdülrəhim Musəvi də hədəfdir.
Bu prosesdə əsas müəmma İranın siyasi rəhbərliyinin, xüsusilə Xameneinin öldürülməsi ssenarinin reallaşması ətrafındadır. İsrailin İranda rejimi dəyişdirmək planı yalnız bu halda – siyasi rəhbərliyin sıradan çıxarılmasından sonra mümkün ola bilər, hərçənd, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq yenə çətindir. ABŞ bu ssenarini qəbul etməsə də, İsrail Xamenei də daxil olmaqla İran rejiminin siyasi rəhbərliyinin öldürülməsi variantından hələ də imtina etməyib.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru