ABŞ-nin daxili təhlükəsizlik naziri xəstəxanaya yerləşdirilib
18-06-2025, 11:38
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem xəstəxanaya yerləşdirilib.
Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Noem təcili yardım maşını ilə Vaşinqtondakı xəstəxanaya aparılıb. Bildirilir ki, nazirin huşu yerindədir və artıq təhlükəsizlik işçiləri ilə danışıb.
Xəstəxanaya yerləşdirmənin səbəbləri barədə məlumat verilmir.