Qara istiotun bilinməyən faydaları

18-06-2025, 12:08           
Qara istiotun bilinməyən faydaları
Biz qara istiotu mətbəxdə adi bir ədviyyat, duzun daimi yoldaşı kimi qəbul etməyə öyrəşmişik. Amma bilirdinizmi ki, bu sadə ədviyyatın əhəmiyyətli müalicəvi potensialı da var?Foodinfo.az xəbər verir ki, qara istiot sağlam həyat tərzi sürmək istəyən hər kəsin nəzərə almalı olduğu ədviyyatdır.Qara istiotu orqanizm üçün faydalarıGüclü antioksidant. Qara istiotu əsas təsir edən maddəsi piperindir. Məhz o, ədviyyata özünəməxsus acı dad verir və antioksidant xüsusiyyətlərə malikdir. Piperin orqanizmdə oksidləşdirici stresslə mübarizə aparır, sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zədələnməsinin və qocalmanın qarşısını alır.Təbii iltihabəleyhinə vasitəOrqanizmdəki iltihab bir çox xroniki xəstəliklərin, artritdən ürək-damar xəstəliklərinə qədər əsas səbəblərindən biridir. Qara istiot iltihab proseslərini zəiflədə bilir. Məlum olub ki, qara istiotu zərdəçöl (kurkuma) və zəncəfil ilə birlikdə qəbul etmək, məsələn, diz oynağının osteoartritinin müalicəsində bəzi iltihabəleyhinə dərmanlar qədər effektiv ola bilər.Qidaların mənimsənilməsini yaxşılaşdırır. Piperin faydalı maddələrin (dəmir, beta-karotinin və kurkuminin) orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə artırır.Duz üçün faydalı alternativQara istiotu ən praktik üstünlüklərindən biri duz istehlakını azaltmaq imkanının olmasıdır. Natriumun artıq miqdarı yüksək qan təzyiqi, ürək xəstəlikləri və insult riskini artırır. Yeməklərə duz əvəzinə daha çox qara istiot əlavə etməklə siz bu riskləri azaldırsınız, dad keyfiyyətindən isə imtina etmirsiniz.Minilliklər boyu tibbdə istifadəQara istiotu qədimdən müalicəvi vasitə kimi istifadə ediblər. Müxtəlif mədəniyyətlərdə, həzm pozuntularında, immun sistemini dəstəkləmək üçün, ümumi möhkəmləndirici vasitə kimi kimi istifadə olunur. Müasir tibbin hələ əlavə tədqiqatlara ehtiyacı olsa da, xalq təcrübəsi bu ədviyyatın çoxəsrlik təsirini təsdiqləyir.Qara istiotu zərəriÜmumiyyətlə, qara istiotu orta miqdarda istehlak etmək əksər insanlar üçün təhlükəsizdir. Lakin istənilən məhsul kimi, artıq miqdarda qəbul edildikdə müəyyən narahatlıqlara, qıcqırma, mədənin qıcıqlanması, həzm pozuntularına səbəb ola bilər.Xüsusilə, mədə turşuluğu yüksək olan, qastrit və ya mədə xorası olan insanlar ehtiyatlı olmalıdır.Qara istiotu nə qədər qəbul etmək olar?Mineralların mənimsənilməsini yaxşılaşdırmaq üçün gündə ¼ çay qaşığı (təxminən 0,5–1 qram) kifayətdir.Bəziləri gündə 1–2 xörək qaşığına qədər qəbul edirlər, lakin bu qədər miqdar əksər insanlar üçün narahatlıq yarada bilər.Yadda saxlayın: qara istiot əsas yemək deyil, ədviyyatdır. Onu ölçülü şəkildə istifadə edin, dad və özünüzü necə hiss etdiyinizə əsaslanın. (Lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru