Azərbaycanlı müğənni "Böyük opera" layihəsində ən yaxşı vokalçı adı uğrunda yarışacaq

9-09-2024, 10:58           
Azərbaycanlı müğənni "Böyük opera" layihəsində ən yaxşı vokalçı adı uğrunda yarışacaq
Nigar Cəfərova "Rossiya-Mədəniyyət" telekanalında məşhur layihənin əyani dinləmələrində iştirak edəcək.
Azərbaycanlı opera müğənnisi Nigar Cəfərova "Böyük opera" beynəlxalq televiziya müsabiqəsinin səkkizinci mövsümündə ən yaxşı vokalçı adı uğrunda mübarizə aparacaq.
Vokalçının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bir neçə ildir ki, bu layihəni izləyir və orada iştirak etmək arzusunda olub. Yalnız bu il Cəfərova risk etmək qərarına gəlib və peşman olmayıb, çünki ilkin seçimdən müvəffəqiyyətlə keçib.
"Böyük opera"nın səkkizinci mövsümündə iştirak etmək üçün keçirilən dinləmələrdə Azərbaycan, Belarus, Rusiya, Özbəkistan, Latviya, Qazaxıstan, Serbiya, Çin, İsrail, Ermənistan və digər ölkələrdən 300 vokalçı iştirak edib. Nəticədə təşkilat komitəsi Nigar Cəfərova da daxil olmaqla 21 namizədi seçib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.