Gündüz verilişlərinin məşhur aparıcısı Ayşenur Yazıcı bir müddətdir reanimasiyada müalicə alır.
TEREF axşam.az-a istinadən xəbər verir ki, nəfəs almasında problem olan Yazıcının səhhəti ilə bağlı bacısı məlumat yayıb.
"Böyrəklərdən biri məhv olmuş sayılır, digərində ümid olduğunu düşünmək istəyirik. Oksigen problemi var" deyə, o, bildirib.
1990-cı illərdə təqdim etdiyi gündüz proqramları ilə tanınan Ayşenur Yazıcının ağır günlər yaşadığını vurğulayan bacısı bunları əlavə edib:
"Ayşenur Yazıcının bacısı Neşenuram. Bunu bacımın telefonundan paylaşıram. Bacımın vəziyyəti yaxşılaşsa da, hələ də reanimasiyadadır. Xoş diləkləriniz və dualarınız üçün çox sağ olun. Dualarınıza davam edin".