Marqo Robbi gəlinlik paltarında görüntüləndi

24-03-2025, 17:44           
Marqo Robbi gəlinlik paltarında görüntüləndi
Hollivud aktrisası Marqo Robbi ana olduqdan beş ay sonra gəlinlik paltarında ictimaiyyət qarşısına çıxıb.

Oxu.Az xəbər verir ki, fotoları "Daily Mail" yayıb.

36 yaşlı Marqo "Qasırğalı yüksəklik" romanının yeni ekranlaşdırılmasının çəkilişləri zamanı görüntülənib. Burada o Ketrin Ernşou rolunu canlandıracaq. Paparatsilər Hollivud aktrisasını açıq çiyinli və gen ətəkli toy paltarında lentə alıblar. Aktrisa uzun fata və əlində qızılgül dəstəsi ilə çəkiliş meydançasında dayanıb.

Xatırladaq ki, 17 oktyabrda Marqo Robbi ana olub. Jurnalistlərin sözlərinə görə, aktrisa kinoprodüser Tom Akkerlidən oğul dünyaya gətirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru