Harri Potter haqqında yeni serialın çəkilişləri başlayıb Bu gün, 10:26 ABŞ-nin HBO kabel və peyk teleşəbəkəsi Harri Potter haqqında yeni televiziya serialının çəkilişlərinə başlayıb.Oxu.Az bu barədə "Warner Bros" saytına istinadla xəbər verir.Serialın çəkilişləri Böyük Britaniyanın Livsden şəhərində aparılır.Serialın premyerası 2027-ci ildə HBO və "HBO Max" platformalarında baş tutacaq.Layihədə Harri Potter rolunu Dominik Maklaflin oynayacaq. Facebook-da paylaş