“Şeron” qrupu: “Biri keçsə qabağa, tutub ayağından çəkirik” - VİDEO
9-11-2016, 21:56
“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin növbəti qonağı olan “Şeron” qrupu maraqlı açıqlamalar verib.
Onlar efirlərdən uzaq düşmələrindən danışıb: “Yox, uzaqlaşmamışıq. Ola bilsin ki, vaxtla əlaqədar olaraq, gəlməyimiz gecikir. Biz heç vaxt çağırılan yerdən qalmamışıq. 12 ildir ki, Ülvi ilə bir yerdəyəm. Zaur artıq dörd ildir ki, bizimlə bir yerdədir. Burda əsas, böyük, kiçik, belə şeylər yoxdur. Aradan çıxıb. Çıxmasa, bu illər ərzində bir arada ola bilməzdik. Biz elə üçümüz də bir yerdə addımlayırıq. Biri keçsə qabağa, tutub ayağından çəkirik. Çox qabağa getməsin. Qrupun kiçiyi mənəm. Nazımla da oynayırlar. Yedizdirirlər, içizdirirlər. Yola getməsək beş ildir ki, bir yerdə çalışmarıq. Mən həmişə demişəm, onlar mənim böyük qardaşlarımdır”.
Daha sonra “Şeron” qrupu aralarına nifaq toxumu səpənlərdən söz açıb: “15 il ərzində o qədər olub ki! Aranı nə iləsə qata bilərlərsə, biz o məsələləri bilirik. O qayda ilə də işləyirik. Başqa ara qatacaq əllərində fürsət yoxdur. Biz bütöv günü birlikdəyik. Dincəlməyə də birgə gedirik. Yaşımız da o deyil ki, kin saxlayaq. Neçə dəfə olub ki, sözümüz də düşüb. Ancaq beş dəqiqədən sonra fikirləmişik ki, düz etməmişik. Neçə yaşın var e sənin? Bu illər ərzində elə bağlanmışıq ki, bilmirəm necə olacaq. Yəqin sona qədər bir-birimizin hörmətini saxlayacağıq. Bir-birimizə sevgi bəsləyəcəyik”.
“Şeron” qrupu soyumuş münasibətlərə də toxunub ətin dırnaqdan çoxdan ayrıldığını söylədi. Digər Şeron qrupu ilə hal-hazırda olan vəziyyətə də nəzər saldı: “Bizim heç kimlə küsülülüyümüz yoxdur. Biz həmişə cavab verən tərəf olmuşuq. Bir yerdə Rüstəmlə olmuşuq. Rüstəmlə də hardasa görüşəndə salamlaşırıq. İsti münasibətlərdən söhbət gedirsə, biz hamı ilə oturub-dura bilmərik, buna vaxtımız da çatmaz”.