Rusiyanın xalq artisti Yuri Komissarov 80 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə aktyorun 1954-cü ildən truppasında çıxış etdiyi Rusiya Ordusu Mərkəzi Akademik Teatrının saytı məlumat verib. Yuri Daniloviç Komissarov qısa bir zaman kəsiyində teatrın aparıcı artistlərindən birinə çevrilib. "Təyyarəçilər" tamaşasında oynadığı ilk rol tamaşaçıların ona diqqətini cəlb edib. Daha sonra o, "Lənətə gəlmiş çay", "Altı sevimli", "Daş-Quş", "Təbilçi" və digər tamaşalarda canlandırdığı obrazlarla parlamağa başlayıb. Aktyorla vida mərasimi noyabrın 14-də olacaq.
Aktyor Moskvanın Troekurovski qəbiristanlığında dəfn olunacaq.