Nazirlik müğənninin Azərbaycan himnini təhrif etməsinə münasibət bildirdi - VİDEO
12-11-2016, 13:04
Əməkdar artist Elza Seyidcahanın dövlət himnimizi təhrif etməsi millət vəkilləri, ziyalılar başda olmaqla ictimaiyyətdə ciddi qınağa səbəb olub.
“Xəzər TV” xəbər verir ki, E.Seyidcahanın “Azərbaycan Respublikasının rəsmi dövlət himnini, geyindiyi geyimlər və yığdırdığı qeyri-adi saç düzümləri ilə səhv saldığı”nı deyən millət vəkili Fazil Mustafa, bunu dövlət atributuna hörmətsizlik kimi xarakterizə edib.
Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətasına görə müğənniyə zəng gəlib. Himnin bu formada səsləndirilməsinin düzgün olmadığı bildirilərək, paylaşdığı videonu sosial şəbəkələrdən silməsi deyilib.
Əməkdar artist bu ifasından sonra üzvü olduğu Bəstəkarlar İttifaqından da tənqid olunub.
Müğənni özü isə sözləri təhrif etmədiyini və bilərəkdən bu cür ifa etdiyini deyərək özünə bəraət qazandırıb.