Elza Seyidcahandan onu tәnqid edәnlәrә şeirlә cavab...

13-11-2016, 11:25           
Elza Seyidcahandan onu tәnqid edәnlәrә şeirlә cavab...
Mәlum olduğu kimi, müğənni Elza Seyidcahan Dövlәt Himnimizi tәhrif etdiyi üçün rәsmi qurumlar tәrәfindәn dә ciddi tәnqid olunub.

Müğənni isә heç әhvalını da pozmadan onu tәnqid edәnlәrә sosial şәbәkәdәn maraqlı cavab verib:

"Siz görә bilmәzsiz mәn gördüyümü
Mәn görә bilmәrәm siz gördüyünüzü".

Daha sonra müğənni qeyd edib: "Deyirəm görəsən, məndə səhv tutub qırmızı işığı yandıranların öz əməllərində bir dənə yaşıl yanır???”

Xatırladaq ki, bu günlәrdә müğənni Elza Seyidcahanın himnimizi təhrif edәn videogörüntüsü yayılıb. Onun bu davranışı mәtbuatda, sosial şәbәkәlәrdә ciddi sәs-küyә sәbәb olub, tәnqidlәrә mәruz qalıb.

Xezerxeber.com-un məlumatına görə, Elza Seyidcahanın Azərbaycan Respublikasının rəsmi dövlət himnini geyindiyi geyimlər və yığdırdığı qeyri-adi saç düzümləri ilə səhv saldığını deyən millət vəkili Fazil Mustafa bunu dövlət atributuna qarşı hörmətsizlik kimi xarakterizə edib.

Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətaya görə müğənniyə zəng olunub. Himnin bu formada səsləndirilməsinin düzgün olmadığı bildirilərək, müğənnidən paylaşdığı videonu sosial şəbəkələrdən silməsi istənilib.

Elza Seyidcahan bu ifasından sonra üzvü olduğu Bəstəkarlar İttifaqında da tənqid olunub. Müğənni özü isə sözləri təhrif etmədiyini və bilərəkdən bu cür ifa etdiyini deyərək, özünə bəraət qazandırmağa çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.