“Evimi satıb, pulunu xərclədi”– xalq artistinin arvadı
13-11-2016, 15:14
“İkiotaqlı evim var idi. Rəmiş 6 min dollara satıb, pulunu xərclədi”. Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü deyib. O bildirib ki, gitara ifaçısı onun şəxsi evini satıb, pulunu götürüb: “Rəmiş məni atıb getdi. 17 ildən sonra geri qayıtdı. Onda evim var idi. Birotaq idi, ikiotağa düzəltdirmişdim. Rəmiş dedi ki, sənin evində qala bilmərəm, deyərlər, kişi arvad evində qalır, satım. Dedim, necə istəyirsən et. Satdı, getdi Masallıya. Bir həftədən sonra zəng vurdu ki, 200 dollar tap gəl, benzin almağa pulum yoxdur”. Gülü xanım bəzilərinin onları ayırmaq istədiklərini deyib: “Bizi indi də ayırmaq istəyirlər. Rəmiş məni atıb getsə, özümü öldürərəm, yaşamaram. Mənim heç kimim yoxdur. Valideynlərim dünyasını dəyişib. Bir Allahım, bir Rəmişim var”.