Daha bir azərbaycanlı qız "O səs Türkiyə"də: Hadisəni seçdi - VİDEO

14-11-2016, 10:06           

"O səs Türkiyə"də daha bir azərbaycanlı uğurlu çıxış edib.

Axşam.az-ın məlumatına görə, Leyla Əliyeva adlı həmyerlimiz Uitni Hyustonun "İ will always love you" mahnısını oxuyub.

Leylanın ifasına Sibel Can və Hadisə dönüb. O, Hadisəni seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın digər münsifləri Murad Boz və Gökhan-Hakan Özoğuz qardaşlarıdır.
[media=https://www.youtube.com/watch?v=iwpKsYsfIvY]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.