“Səni axtarıram” verilişinin ekspertindən sərt İTTİHAM: - “Bəs bunu niyə demirlər?”

14-11-2016, 17:22           
“Səni axtarıram” verilişinin ekspertindən sərt İTTİHAM: - “Bəs bunu niyə demirlər?”
Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişində ekspert kimi iştirak edən Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov qalmaqallı video ilə bağlı Modern.az-a açıqlama verib.

O, həmin“Səni axtarıram” verilişinin kadrarxası görüntülərinin ATV telekanlı tərəfindən yayıldığı iddiasındadır:
“Mən Xoşqədəmi qoçaq bir xanım kimi tanıyıram. Tam əminliklə deyirəm ki, o videoları yayan və bunda maraqlı olan ATV telekanalıdır. Çünki onların möhkəm davası olmuşdu. Düzü səbəbini bilmirəm, bilsəm sizinlə bölüşərdim. Xoşqədəm Hidayətqızına “əməkdar jurnalist” adı verilib deyə, ondan qisas alırlar. Ayıbdır, azərbaycanlılığa sığmır belə şeylər. Biz özümzə düşmən kəsilməməliyik. Bu, Azərbaycan xalqına yaraşmayan şeydir”.

R.Mahmudov həmin verilişin çəkilişində şəxsən iştirak etdiyini qeyd edib:
“Mən həmin verilişin çəkilişində iştiak edirdim. O kişi özünü batımışdı. Fikirləşdilər ki, birdən ayağa qalxar, ona görə xərəkdə gətirdilər və üstünü örtdülər. O verilişdə yalan, qurama yoxdur. Biz badalaq vurmağa çox qoçağıq.
Xoşqədəmə ad veriblər, di öldürün onu. Qoy ATV aparsın, başqa kanallar reytinqdə üstün olmasın. Mən ATV kanalına belə şeyləri yaraşdırmıram. Kişinin qadınla ədavət aparması ayıbdır. Xoşqədəmin səhvi olsaydı, həmin gün ona tüpürüb gedərdim. O, 6 mindən çox adamı axtarırdı, neçə ailələri qovuşdurmuşdu. Bəs bunu niyə demirlər? İstəkləri nədir? Əməkdar jurnalist adını gerimi alsınlar? Kimsə qorxub demirsə, mən qorxmadan deyirəm ki, bu videonu yayan ATV kanalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.