Alla Puqaçova öldü - Narkotikdən - VİDEO

13-06-2015, 19:35           
Alla Puqaçova öldü - Narkotikdən - VİDEO
Bütün dünyada məşhur olan rusiyalı müğənni Alla Puqaçova dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, o, bu gün günorta saatlarında keçinib. Qızı Krisitina Orbakayte ölümün anidən baş verdiyi bildirib.

Rusiya mətbuatı yazır ki, ilkin ehtimala görə, sənətkarın ölümünə səbəb narkotik vasitələrin istifadəsi olub.

Qeyd edək ki, 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. 1966-1967-ci illərdə "Yunost" radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. A.Puqaçova zəmanəmizin ən istedadlı və məşhur estrada sənətçiləri sırasında özünəməxsus yer tutur.

Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının çox sayda maraqlı məqamı yer alıb.

2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.
[media=https://www.youtube.com/watch?v=TLRrI019Qq8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.