Milli Kimlik nədir və bu məsələdə nəyə fikir verməliyik?

Bu gün, 16:54           
Milli Kimlik nədir və bu məsələdə nəyə fikir verməliyik?
Biraz dərin məsələlərə diqqət yetirək!
Elmdə təşəkkül tapmış tərifə əsasən, milli kimlik fərdin kimliyinin ən vacib səciyyəvi xüsusiyyətlərindən birini təşkil edir. Bu səciyyə hər bir fərddə özünü, ondan daha böyük və ardıcıl tarixi inkişaf keçmiş toplumla, eyniləşdirmək hissi yaradır.
Həmin toplumun tarixi nailiyyətlərinin vizuallaşmsı nə qədər güclü olsa, insanın öz millətinə mənsubluğuna görə qürur hissi bir o qədər yüksək olar.
Məhz bu eyniləşdirmə nəticəsində insanda, onun şəxsi taleyi ilə milli taleyi arasında qurduğu eynilik hissi nə qədər dərindirsə, o insanın milli maraqlara sadiqlik dərəcəsi (yəni vətənpərvərlik hissi) də bir o qədər yüksəkdir.
Şah İsmayılın imperiya dövlətçiliyinin varisləri olduğumuzu söyləyərək, biz əsl ləyaqətimizi dərk edirik.
Kimlik səviyyəsi hər zaman eyni sabitlik nümayiş etdirmir. Məsələn, hər bir azərbaycanlı tarixən "azərbaycançılıq" anlayışını təşkil edən arxetiplərdən fərəh hissi keçirdiyi an onun milli kimliyi aktivləşir. Lakin bu hallarda özünüdərkin milli kimlik komponenti fərdi "mən"i kollektiv "biz"ə çevirən böyük transformasiya gücünə malikdir:
- Biz dünyaya insan ruhunun Nizami, Nəsimi və Füzuli kimi dahilərini bəxş etməyimizlə fəxr edirik.
- Biz Şah İsmayılın imperiya dövlətçiliyinin və müsəlman Şərqində ilk Respublika - ADR-in varisləri olduğumuzu söyləyərək, əsl ləyaqətimizi dərk edirik.
- Biz Orta Şərqin ən zəngin muğam avazları və İslam dünyasının ilk operasının mədəniyyətimizə məxsusluğundan özəlliyimizi hiss edirik.
- Biz 200 il asılılıqdan sonra müstəqilliyini elan etmiş Azərbaycan dövlətinin qlobal iqtisadi, infrastruktur və mədəni layihələr həyata keçirməsindən öz-dəyərimizi daha yüksək anlayırıq."
"Azərbaycan - Milli Kimliyin Tarixi Məsələləri", səhifə, 10-11.
Milli Kimlik
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.