Səhiyyə nazirliyində Elşad Hacıyevin tender oyunu

21-12-2024, 18:48           
Səhiyyə nazirliyində Elşad Hacıyevin tender oyunu
Səhiyyə Nazirliyinin daha bir tenderi ləğv edilib. XALQ.AZ xəbər verir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətinin planlaşdırdığı işə icazə verilməyib.
Belə ki, sözügedən qurum Səhiyyə Nazirliyinin Tabeliyində olan Tibb Müəssisələrinin əsaslı təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını reallaşdırmaq istəyib. Bunun üçün 729,5 min manat vəsait də ayırıb. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunun tələblərinin pozulmasını əsas tutaraq, tenderin nəticələrini ləğv edib. Bundan başqa, Dövlət Xidməti nazirliklə bağlı AİBNDX/SQ-14308/2024 sayı qərar da təqdim edib.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdriyyətin rəhbəri Elşad Hacıyevdir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru