ABŞ Budapeştə "Qazprombank"la bağlı güzəştə gedib

Bu gün, 12:38           
ABŞ Budapeştə "Qazprombank"la bağlı güzəştə gedib
ABŞ "Qazprombank"a qarşı sanksiyalar çərçivəsində Macarıstana güzəşt edərək Rusiya qazının üç aylıq tədarük haqqını ödəmək hüququ verib. Lakin Budapeşt artıq Moskva ilə alternativ ödəniş variantı barədə razılığa gəlib.
"Bloomberg" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Bolqarıstana səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

"Biz amerikalılarla "Qazprombank"a qarşı sanksiyaların üç ay müddətinə dayandırılması ilə bağlı razılığa gələ bildik ki, təhlükənin qarşısı alınsın. Biz, həmçinin, ruslarla qaz tədarükü üçün alternativ ödəniş metodu barədə də razılığa gəldik", - Orban qeyd edib.

Baş nazir əlavə edib ki, Rusiya qazının Bolqarıstan vasitəsilə Macarıstana tranziti ilə bağlı problem olmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.