Bu ölkə TikTok və teleqamdan istifadəni qadağan edə bilər

21-12-2024, 12:24           
Bu ölkə TikTok və teleqamdan istifadəni qadağan edə bilər
Moldova hakimiyyəti TikTok və teleqamdan istifadəni qadağan edə bilər.

Bu haqda Moldova parlamentinin spikeri İqor Qrosu “TV8” telekanalında bildirib.

O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyinə də diqqət çəkib.

“Əgər real təhlükə, xaricdən və ya daxildən ölkənin təhlükəsizliyinə xələl gətirmək istəyən müəlliflərin bu platformalardan istifadə etməsini görürüksə, bu platformalar əsaslı müraciətlərimizə cavab verməsə, o zaman buna müraciət edə bilərik. Əgər görsək ki, onlar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur”, - deyə Qrosu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru