Ledi Qaqa Bakıdan 2 milyon dollarla dönüb

16-06-2015, 11:21           

Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn dünya ulduzu Ledi Qaqanın bu səfərə görə 2 milyon dollar qonorar aldığı iddia edilir.


Bu barədə Toby Keel adlı jurnalist “eurosport” saytında yazdığı köşə yazısında qeyd edib.

Jurnalist bildirib ki, Ledi Qaqa Bakıda səhnəyə çıxması üçün 2 milyon dollar pul alıb.

“Ledi Qaqa bu pullarla çox zəngin ola bilər. O, cəmi 10 dəqiqə səhnədə qalıb. Və bu qədər yüksək məbləğdə pulun sahibi olub”,-deyə jurnalist vurğulayıb.

Ledi Qaqanın Bakıda verdiyi konsertə görə aldığı vəsaitin həcmi rəsmi şəkildə açıqlanmayıb.

Gənclər və idman naziri Azad Rəhimov mətbuata verdiyi açıqlamada bildirib ki, Avropa Oyunlarının açılış mərasiminin təşkili üçün ümumilikdə 100 milyon manatdan çox vəsait xərclənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.