Rəhimin xəstəxanalıq olmasının səbəbi bilindi

5-06-2017, 09:19           

teref.az axşam.az-a istinadən bildirir ki, Gömrük Hospitalından görüntüləri yayılan sənətçi başına gələnləri "Xəzər Maqazin"ə danışıb:

"Gecə saatlarında evə gəlirdim. Axundov bağının yanında yeni tikilən binanın qarşısından keçəndə, sən demə, yol qəfil kəsilir. Heç bir işarə qoymayıblar. Mən də çuxura düşüb huşumu itirdim. Telefonum, çantam, köynəyim - hərəsi bir tərəfə dağılır. Əlim telefona çatmadığından heç kimə zəng edə bilmədim. 45 dəqiqə qanlar içində çuxurda qaldım. Təsadüfən 3 nəfər gənc oradan keçəndə iniltimi eşidib məni çuxurdan çıxardılar. Ayılanda gördüm reanimasiyadayam. 3 saat əməliyyat keçirmişəm. Sol ayağımın iki sümüyü sınıb və ora dəmir titan yerləşdiriblər. Bir aya qalxmağa icazə verəcəklər. Allah saxladı. Gecə saat 5-də o uşaqlar oradan keçməsəydi, səhərə kimi orada qan itirəcəkdim".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru