Liviyada Türkiyənin dəstəklədiyi hökumət başçısı istefa verib

17-09-2020, 10:53           
Liviyada Türkiyənin dəstəklədiyi hökumət başçısı istefa verib
Liviya paytaxtı və ətraf əyalətləri nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti”nin başçısı Faiz əs-Sirac istefa verib.

Teref.Az SalamNews-a istinadla xəbər verir ki, Liviyada “Milli Barışıq Hökuməti”nin Rəyasət Şurasının sədri Faiz əs-Sirac istefa verib.

F. əs-Sirac istefa çıxışında məsuliyyəti dövründə rəhbərlik etdiyi hökumətin xaricdən olduğu kimi daxildən də təzyiqlərə və məkrli planlara məruz qaldığını bildirib.

Liviya münaqişəsilə bağlı BMT-nin vasitəçiliyi ilə aparılan danışıqların nəticələrinə ümid etdiyini bildirən F.əs-Sirac yeni Rəyasət Şurasının təşkilinin müsbət addım olacağını deyib.

Qeyd edək ki, Faiz əs-Sirac ötən ay ölkədə Xəlifə Haftarın ordusuna qarşı əməliyyatların dayandırıldığını və atəşkəsin elan edildiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.