Aİ Trampın ABŞ-ı ÜST-dən çıxarmaq qərarına narahatlıqla yanaşır

22-01-2025, 11:24           
Aİ Trampın ABŞ-ı ÜST-dən çıxarmaq qərarına narahatlıqla yanaşır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından çıxarılması barədə sərəncam imzalayıb.
Aİ ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq qərarına narahatlıqla baxır və qərarın yenidən nəzərdən keçiriləcəyinə inanır.
Bunu Avropa Komissiyasının nümayəndəsi Eva Qrntsirova Brüsseldə keçirdiyi brifinqdə bildirib.
"Qlobal sağlamlıq təhdidlərinə qarşı dayanıqlı olmaq istəyiriksə, bu cür çağırışlara qarşı durmaq üçün beynəlxalq əməkdaşlıq etməliyik. Biz ABŞ-ın ÜST-dən çıxması ilə bağlı bəyanatına narahatlıqla baxırıq və inanırıq ki, bu məsələyə təkrar baxılacaq" – o deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatından çıxarılması barədə sərəncam imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru