Norveçdə yüzlərlə maral eyni anda öldü - Səbəb təəccübləndirdi

22-01-2025, 09:46           
Norveçdə yüzlərlə maral eyni anda öldü - Səbəb təəccübləndirdi
Norveçdə ölü maral sürüsü aşkar edilib. Təxminən 300 heyvan dağlarda mistik şəkildə ölüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Oxotniki.ru" "Telegram" kanalı xəbər verib.

Alimlər uzun müddət bunun səbəbini araşdırıblar.

Yerli mütəxəssislər əvvəlcə heyvanların naməlum xəstəlikdən öldüyünü düşünüblər. Xəstəliyin törədicisini axtarmağa başlayıblar, lakin tapa bilməyiblər.

Sonradan məlum olub ki, maralların kütləvi ölümünün səbəbi ildırım vurması olub. Bütün heyvanlar tufan zamanı eyni yerə toplaşıblar və bu, onların sonu olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru