"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi

22-01-2025, 07:54           
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
"Avion Travel” şirkətinin rəhbəri Lalə Rəcəbovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Yanvarın 23-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək.

Lalə Rəcəbova Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə mühakimə olunacaq.

Lalə Rəcəbovadan şikayətçi olanlar mediaya bildiriblər ki, "Avion Travel" şirkətinə Avropada iş üçün müraciət ediblər.

"2023-cü ilin mayın 4-də "Avion Travel” şirkətinə Avropada işlə təmin olunmaqla əlaqədar müraciət etdim. Şirkətdə mənə vəd etdilər ki, 6 ay ərzində Avropaya işləməyə gedəcəksən. Müqavilə imzalanandan sonra onlara 3000 manat ödədim. Müqavilənin müddəti bitib, hətta üzərindən bir ilə yaxın vaxt keçib, lakin pullarımı geri qaytarmırlar”, deyə Vələd Bayramov bildirib.

İş üzrə ümumilikdə 220 nəfər zərərçəkmiş qismində tanınıb. Lalə Rəcəbovan ötən il polis tərəfindən saxlanılıb. Həmin vaxt DİN-nin yaydığı açıqlamadan məlum olur ki, o, vətəndaşlara toplam olaraq 498 175 manat zərər vurub. (Qaynarinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru