Albaniyadan Türkiyəyə DƏSTƏK: "Avropanın təhlükəsizliyi üçün önәmli ölkədir"
18-09-2020, 08:17
"Türkiyə Avropanın təhlükəsizliyi üçün önәmli ölkədir"
Publika.az xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama "The Economist" jurnalının Yunanistanın paytaxtı Afinada təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
Rama bildirib ki, Yunanıstan və Türkiyə Albaniyanın strateji tәrәfdaşlarıdır: "Albaniyanın iki atәş arasında qaldığını hiss etmirәm".
"Türkiyә Avropanın tәhlükәsizliyi baxımından önәmli ölkәdir. Yunanıstan da Avropanın sәrhәdlәri baxımından әhәmiyyәtlidir. Şübhәsiz deyә bilәrәm ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yunanıstana qarşı olan bir insan vә ya siyasәtçi deyil. Dialoq, Dialoq, dialoq. Başkalarına ehtiyac olmadan yalnız diloq", - Baş nazir deyib.