Xəstə 5 aylıq komadan ayıldıqda təəccübdən şok keçirdi - VİDEO
18-09-2020, 08:43
5 ay yarım komada qalan qoca ayılanda, hər kəsi qoruyucu maskada görərək, şoka düşüb.
Türkiyədə koronovirusa ilk yoluxan şəxslərdən olan Oğuz Pekər 4 ay reanimasiya şöbəsində qaldıqdan sonra evə buraxılıb.
Yenicag.az xəbər verir ki, 5 ay yarım sürən xəstəxana həyatının 4 ayını reanimasiyada huşsuz vəziyyətdə keçirən Oğuz Pekərin ayıldıqdan sonra “Niyə hamı maska taxıb?”, – deyə ətrafdıkalardan soruşub.
Evə buraxılan 73 yaşlı Pekər indi yeni dünyaya alışmağa çalışır.