"Tatlısəs qardaşımdır" deyəcək qədər ağlımı itirməmişəm"
30-04-2015, 16:06
Bu gün Türkiyə mediasında Ayşəgül Yıldızın keçmiş həyat yoldaşı İbrahim Tatlısəs haqqında “O artıq qardaşımdır” deməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, belə sözü heç vaxt demədiyini bildirən Ayşəgül onun başqasının uydurması olduğunu söyləyib:
“15 ilimi birlikdə keçirdiyim və sevərək ailə qurduğum, üstəlik uşağımın atası haqqında “qardaşımdır” deyəcək qədər ağlımı itirməmişəm. Kiminsə sözlərini mənimki kimi yazmayın! Özünüzə sərf edənləri yazıb məni axmaq gündəminizə çevirməyin”.