“Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn sәssiz qalır”

30-04-2015, 16:19           
“Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn sәssiz qalır”
“Bu gün Qafqazda tәhlükәsizlik vә stabillik yoxdur”.

APA-nın mәlumatına görә, bu sözlәri Türkiyәnin 11-ci prezidenti Abdulla Gül deyib. O bildirib ki, bunun ilk sәbәbi Azәrbaycan torpaqlarının işğal altında olmasıdır: “Bu durumun qısa vaxtda sona çatması üçün hәr kәs әlindәn gәlәni etmәlidir. Minsk Qrupunun son 20 illik fәaliyyәti qənaətbəxş deyil. İkili standartlar mövcuddur. Bu, işğalın davam etmәsinә fürsәt verir. Dünya Ukraynadakı vәziyyәtә reaksiya verir, amma eyni işğal Azәrbaycanda davam edәrkәn buna sәssiz qalır. Beynәlxalq hüquqa inam azalır. Bu işğal tez biz zamanda sona çatdırılmalı vә Qafqazda tәhükәsizlik tәmin olunmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.