Türkiyə Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi “soyqırım” qərarından imtina edib.
Axar.az xəbər verir ki, AP-nin qəbul etdiyi qərar aprelin 29-da Türkiyənin AB-dəki daimi nümayəndəliyinə təqdim edilib.
Lakin Türkiyə AP-nin 1915-ci il hadisələri barədə qəbul etdiyi “soyqırım” qərarından imtina edib və sənədi dünən geri təhvil verib.
Qeyd edək ki, aprelin 15-də AP 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq tanıyıb. AP-nin məcburi xüsusiyyət daşımayan qərarında Türkiyəyə keçmişiylə üzləşməsi və bu iddiaları qəbul etməsi barədə çağırış edilmişdi. Türkiyə isə AP-nin bu qərarını özlərinə geri qaytaracaqlarını bildirmişdi.