Erməni həkim 40 türk əsgərini öldürdü - Şok təfərrüat
1-05-2015, 15:54
Türkiyənin Sivas vilayətində yaşayan Koca Erməni həkimin zəhərli iynə ilə 40 əsgəri öldürdüyü haqda böyüklərindən əldə etdiyi məlumatı paylaşıb.
Avropa.info xəbər verir ki, Sivasın Çinarlı kəndində yaşayan 93 yaşlı Əhməd Koca Erməni bir həkimin 1915-1916-cı illərdə zəhərli iynə ilə 40 əsgəri necə öldürdüyündən danışıb.
Türkiyənun müdafiə nazirliyi tərəfindən inşa olunan Çinarlı şəhidliyinin yerləşdiyi kənddə yaşayan Koca jurnalistlərə açıqlaması zamanı 1915-1916-cı illərdə Mərzifondan Ərzuruma gedərkən bir taborun havaların sərt keçməsi səbəbilə kənddə qonaq olduğunu deyən Koca sözlərinə belə davam edib:
"Yaşlı insanlar deyirdilər ki, taborun xəstələnən əsgərləri xəstəxanaya yerləşdirildiyi zaman oradan sağ çıxmırdılar. Hadisədən çox sonra bunun səbəbini müəyyən ediblər. Erməni həkim xəstələrə zəhərli iynə vururmuş. Aparılan araşdırma zamanı həmin həkim etdiyini etiraf edərək "mən sizin çox əsgərinizi öldürdüm. Siz də mənə nə edirsinizsə edin" deyib."
Orada ölən əsgərlərin dəfn edildiyi qəbiristanlığa xalq arasında "Qəriblər Qəbiristanlığı" adı verilib.
Kənddə yaşayan digər yaşlı insanlar isə hadisələr zamanı 70 əsgərin bu yolla öldürüldüyünü, amma onlardan sadəcə 40-nın qeydə alındığını bildiriblər.