Güldən Gülən açıqlaması - "Bunu sonradan öyrəndim"

2-05-2015, 08:19           
Güldən Gülən açıqlaması - "Bunu sonradan öyrəndim"
Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Əhməd Davudoğlunun Xarici İşlər naziri olduğu dövrdə, 2013-cü ildə Fətullah Gülən ilə görüşünü sonradan öyrəndiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Azərbaycanda keçirilən 3-cü Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Abdullah Gül İstanbula qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Atatürk Hava Limanında jurnalistlərin suallarını cavablandıran Gülə bu haqda sual verilib.

"Baş Nazir Əhməd Davudoğlunun bir açıqlaması oldu. 2013-cü ildə Fətullah Gülənlə sizin icazəniz əsasında görüşdüyünü bildirib. Bununla bağlı nə deyə bilərsiniz?"

Suala cavab verən Abdullah Gül burada bir yanlışlığın olduğunu söyləyib.

"Mənimlə bağlı hissəsində bir yanlışlıq var. Mən bu görüş haqqında sonradan öyrəndim."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.